Döyülən gəlin qayınanasından şikayətçi olmadı - VİDEO

15:36 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1990-cı il təvəllüdlü Rəmziyyə Qurbanova qayınanası 1946-cı təvəllüdlü Girdənaz Qurbanovadan şikayətçi olmadığını bildirib”.


Hafta.az-ın məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bidirilib.

Məlumata görə, gəlin həmçinin ekspertizadan keçməkdən də imtina edib:

“O, aldığı xəsarətlər və hamilə olub-olmaması ilə bağlı ekspertizaya dəvət edilib. Lakin bundan imtina edib və qayınanasından şikayətçi olmadığını deyib. Gəlinin əri isə polisə ailə işinə qarışmamağı tövsiyə edib”.

 

DİN-in məlumatında bir daha bildirilib ki, qayınana ruhi xəstədir və araşdırma nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, gəlinin qayınanası tərəfindən döyülməsi sosial şəbəkələrdə ciddi rezonans doğurub.